Xidmətdən
Azvision.az -a verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinə əsasən təqsirli bilinərək barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Abdullayev Ramil Çingiz oğluna atası Ağdaş şəhər sakini Abdullayev Çingiz Səlim oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan cins şalvara xüsusi üsulla hopdurulmuş ümumi çəkisi 0,128 qram “heroin” aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Azvision.az