Təhsil haqlarının azaldılması təklif olundu

Təhsil haqlarının azaldılması təklif olundu
  10 Sentyabr 2020    Oxunub:2875
“Azərbaycanda orta aylıq əmək haqqı 700 manatdan çoxdur. Təhsil haqları isə buna adekvat deyil”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, təhsil haqları ilə bağlı məsələni komitədə müzakirə etmək lazımdır:

"Azərbaycanda təhsil haqqının orta qiyməti 1500 manatdan çoxdur. Bunu isə hər ailə ödəyə bilmir. Buna görə də, təklif edirəm ki, Milli Məclisin payız sessiyası dövründə təhsil haqlarının aşağı salınması məsələsi müzakirə olunsun”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Deputat   MM   Təhsil-haqqı  





Xəbər lenti