Çətənə yetişdirən şəxs saxlanıldı

Çətənə yetişdirən şəxs saxlanıldı
  09 Sentyabr 2020    Oxunub:2370
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a bildirilir ki, daxil olmuş məlumat əsasında Bərdə RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayonun Böyük Qəcər kənd sakini, əvvəllər məhkum edilmiş Etibar Əhmədov saxlanılıb.

E. Əhmədovun yaşadığı ünvana baxış keçirilən zaman evinin həyətyanı sahəsində aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi uzunluğu 2 metrə yaxın, ümumi çəkisi 10 kiloqramdan artıq 10 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti