Həmkəndlisinin qoyunlarını oğurladı

Həmkəndlisinin qoyunlarını oğurladı
  09 Sentyabr 2020    Oxunub:2945
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində avqust və sentyabr aylarında həmkəndlisinə məxsus xirdabuynuzlu heyvanları oğurlayan şəxs müəyyən edilərək saxlanılıb
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, İmişli rayon Göbəktala kənd sakini H. Əliyev RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus xırdabuynuzlu heyvanlarının oğurlanması barədə məlumat verib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndlisi, əvvəllər məhkum edilmiş İbrahim İsmayılov saxlanılıb. Araşdırmalarla onun 12 baş qoyun oğurlamaqla şikayətçiyə 1500 manatdan artıq ziyan vurduğu müəyyən edilib. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı İmişli RPŞ-də araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti