Cinayət törədən 30 nəfər saxlanılıb

Cinayət törədən 30 nəfər saxlanılıb
  09 Sentyabr 2020    Oxunub:2791
Ötən gün ərzində törədilmiş 22 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş bir ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti