AFFA millimizin kapitanını cəzalandırdı

AFFA millimizin kapitanını cəzalandırdı
  08 Sentyabr 2020    Oxunub:3926
AFFA-nın İntizam Komitəsi “Zirə” klubunun üzvü və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin kapitanı Hacıağa Hacılını bir oyunluq cəzalandırıb.
Azvision.az xəbər verir ki, buna 22 yaşlı yarımmüdafiəçinin Azərbaycan Premyer Liqasının birinci turunda keçmiş komandası “Qəbələ” ilə görüş zamanı qeyri-idman hərəkətinə yol verməsi səbəb olub.

Həmin qarşılaşmada ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılmış H.Hacılı növbəti oyunda “Səbail”ə qarşı oynamayacaq, klubu isə 200 manat cərimə ödəyəcək.

Azvision.az


Teqlər: AFFA  





Xəbər lenti