Məleykə Abbaszadə xəbərdarlıq etdi: Vədlərə aldanmayın!

   Məleykə Abbaszadə xəbərdarlıq etdi:    Vədlərə aldanmayın!
  08 Sentyabr 2020    Oxunub:4622
Valideynlər övladlarını ali məktəbə hazırlamaq üçün kimlərəsə və ya hazırlıq kurslarına pul verir. Biz müəllimlərin hansı səviyyədə tədris aparmasına cavabdeh ola bilmərik.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, bəzi insanlar özlərinə biznes qurub və valideynləri cəlb etmək üçün onlara uyğun olmayan vədlər verir.

“Belə vəd verən insanların fəaliyyəti nəticəsində kimlərsə düzgün istiqamət götürməyib və yaxşı nəticə göstərməyib. Məsələn, riyaziyyata meyli olmayan şagirdi bu istiqamətdə hazırlaşdırır və yaxşı nəticə göstərmir. Ona görə deyirəm ki, valideynlər bizim məsləhət mərkəzlərinə müraciət etsinlər. Biz bütün sualları cavablandırırıq”.

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti