Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatır

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatır
  08 Sentyabr 2020    Oxunub:3471
8 sentyabr müəllimlərin işə qəbulu imtahanlarının sonuncu günüdür.
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, sentyabrın 8-də tarix və coğrafiya müəllimi olmaq istəyən namizədlər üçün işə qəbul imtahanları keçiriləcək. İmtahanlarda 1952 namizədin iştirakı nəzərdə tutulub.

Bununla da müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatacaq.

Azvision.az


Teqlər: Müəllim   İmtahan  





Xəbər lenti