Keçmiş məhkumdan silah götürülüb

Keçmiş məhkumdan silah götürülüb
  07 Sentyabr 2020    Oxunub:2786
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qanunsuz saxlanılan silah-sursata qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Həsənovdan “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: Silah   Məhkum  





Xəbər lenti