Bakıda silsilə oğurluq edən ələ keçdi

Bakıda silsilə oğurluq edən ələ keçdi
  07 Sentyabr 2020    Oxunub:2022
Suraxanı rayonu ərazisindəki 2 evdən və 1 idarədən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il mayın 25-də rayon ərazisindəki 1 evdən 3 ədəd samovar, 2 xalça və 300 metr elektrik naqili, cari il fevralın 18-də 1 idarədən 1000 manat dəyərində su mühərriki, martın 3-də isə 1 evdən 610 manat dəyərində inşaat materialları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Ələkbərov saxlanılıb.


Azvision.az



Teqlər: DİN   Cinayət  





Xəbər lenti