Keçmiş arvadını boğaraq öldürdü - Tərtərdə qətl

 Keçmiş arvadını boğaraq öldürdü -   Tərtərdə qətl
  07 Sentyabr 2020    Oxunub:4479
Sentyabrın 6-da saat 05 radələrində Tərtər rayonu, Şıxarx kəndi ərazisində kənd sakini 1990-cı il təvəllüdlü Röyalə Tağıyevanın yaşadığı evdə meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Tərtər rayon prokurorluğundan Azvision.az -a bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş əri 1984-cü il təvəllüdlü Səlim Əsədovun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı Röyalə Tağıyevanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Səlim Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər: Prokurorluq   Qətl  





Xəbər lenti