Zabratdakı yanğın söndürülüb - YENİLƏNİB

Zabratdakı yanğın söndürülüb -  YENİLƏNİB
  07 Sentyabr 2020    Oxunub:4843
Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsində qamışlıq ərazidə baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yanğınla bağlı əlavə məlumat veriləcək.

***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində açıq sahədə yanğın olması barədə məlumat daxil olub.

Azvision.az xəbər verir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi əraziyə cəlb olunub. İlkin məlumata görə, 600 m² sahədə qamışlıq yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti