Biləcəridə yol qəzası ölümlə nəticələndi

Biləcəridə yol qəzası ölümlə nəticələndi
  04 Sentyabr 2020    Oxunub:3483
Biləcəridə yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, sentyabrın 3-də saat 14 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində qəsəbə sakini Zahir Mirzəyev idarə etdiyi mopedi qarşıda gedən Bakı şəhər sakini T.Əsədovun idarə etdiyi “JAC” markalı yük avtomobilinə vurub. Nəticədə xəstəxanaya yerləşdirilən Z.Mirzəyev orada ölüb.

Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Bakı   Qəza   DİN  





Xəbər lenti