DİM memar olmaq istəyənlərə müraciət edib

DİM memar olmaq istəyənlərə müraciət edib
  03 Sentyabr 2020    Oxunub:2292
Dövlət İmtahan Mərkəzi I ixtisas qrupuna aid memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərə (subbakalavrlara) müraciət edib.
DİM-dən Azvision.az -a verilən məlumata görə, memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər (subbakalavrlar) qabiliyyət imtahanında iştirak etmək üçün 2020-ci il sentyabrın 6-dək DİM-in saytında qeydiyyatdan keçməlidirlər.

Memarlıq ixtisası üzrə xüsusi qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlər (subbakalavrlar) ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, memarlıq ixtisasını da seçə bilərlər.

Qeyd edək ki, memarlıq ixtisasına qəbul olmaq üçün müsabiqədə I ixtisas qrupu üzrə imtahan vermiş, ümumi balı 200 və daha yuxarı olan və Qabiliyyət İmtahanı Komissiyasından məqbul qiymət alan abituriyentlər (subbakalavrlar) iştirak edə bilərlər.

QİK-in tərkibinə memarlıq ixtisası üzrə ekspertlər daxildirlər.

Qeydiyyatdan keçən abituriyentlərə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər haqqında məlumat veriləcək.

Ali təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (o cümlədən memarlıq) üzrə məlumatlar 2020-ci ildə nəşr edilmiş “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1‑ci sayında verilib.

Azvision.az


Teqlər: DİM   Müraciət  





Xəbər lenti