Sumqayıtda 10 yaşlı oğlan itkin düşüb

Sumqayıtda 10 yaşlı oğlan itkin düşüb
  03 Sentyabr 2020    Oxunub:4692
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə bu gün axşam saatlarında Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə naməlum şəraitdə itkin düşən 2010-cu il təvəllüdlü Davudov Yusif Bəhlul oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ilkin olaraq, Sumqayıt Regional Mərkəzinin xilasetmə qrupu və polis əməkdaşlarının iştirakı ilə Y.Davudovun itkin düşdüyü ehtimal olunan ərazidə axtarış işlərinə başlanılıb.

Uşağın Samur-Abşeron kanalına düşməsinə əsaslı şübhələr yarandığından Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: FHN   Sumqayıt  





Xəbər lenti