Əmircan qəbiristanlığı tullantılardan təmizlənib

Əmircan qəbiristanlığı tullantılardan təmizlənib
  02 Sentyabr 2020    Oxunub:3194
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin "Eko-Radar" bölməsinə Suraxanı rayonu Əmircan qəsəbəsi qəbiristanlığının ərazisində məişət tullantılarının atılaraq qalaqlanması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.
Azvision.az -ın məlumatına görə, Xidmətin rəis müavini Ramal Bağırov bildirib ki, sözügedən əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb.

Onun sözlərinə görə, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında ərazi Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin işçiləri tərəfindən tullantılardan təmizlənib.

R.Bağırov qeyd edib ki, gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə Suraxanı rayon MKTB-yə məcburi göstəriş verilib.

Azvision.az


Teqlər: Əmircan   ETSN  





Xəbər lenti