Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən
Azvision.az -a bildirilib ki, Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinə əsasən təqsirli bilinərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Hümmət Həsənov ilə qısamüddətli görüşə gəlmiş qardaşı, Şəki şəhər sakini Bayram Həsənovun gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı iki ədəd diş məcununun içərisində xüsusi üsulla gizlədilmiş 8 sellofan bükülüdə 3,094 qram heroin, 1,848 qram tiryək və 0,245 qram metanfetamin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Azvision.az