Valideynini təhqir edən polis işdən çıxarıldı

   Valideynini təhqir edən polis işdən çıxarıldı
  01 Sentyabr 2020    Oxunub:3712
Bakıda valideynlərinə qarşı kobud davranış göstərən polis əməkdaşı işdən çıxarılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin operatoru Kamran Abbasov ailə münaqişəsi zəminində valideynlərinə qarşı yol verdiyi kobud davranışa, işlətdiyi nalayiq ifadələrə, bununla da “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi” ilə müəyyən olunmuş qaydaların tələblərini pozduğuna görə daxili işlər orqanlarında xidmətdən xaric edilib.

Azvision.az


Teqlər: Bakı   Polis  





Xəbər lenti