Sumqayıtda intihara cəhdin qarşısı alındı

   Sumqayıtda intihara cəhdin qarşısı alındı
  30 Avqust 2020    Oxunub:2976
Sumqayıt şəhərində 1 nəfər onbeşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Azvision.az


Teqlər: FHN   Sumqayıt  





Xəbər lenti