Saxta spirtli içki satan şəxslər saxlanıldı

Saxta spirtli içki satan şəxslər saxlanıldı
  29 Avqust 2020    Oxunub:3722
Bakıda saxta spirtli içki satan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə avqustun 20-də Nəsimi rayonu ərazisində yerləşən mağazaların birində işçinin Bakı şəhər sakini A.Əhmədovu aldadaraq 550 manat dəyərində kustar üsulla hazırlanmış keyfiyyətsiz spirtli içkilər satması barədə müraiciət daxil olub. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini R.Zairov, Sumqayıt şəhər sakinləri Ş.Hüseynov, V.Ağababayev, Z.Fərəcov və Gəncə şəhər sakini Z.Əsədov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin178.3.1-ci maddəsi (dələduzluq - mütəşəkkil dəstə tərəfindən törədildikdə) ilə cinayət işi başlanıb.

Azvision.az


Teqlər: İçki   Saxta  





Xəbər lenti