“Qarabağ” yeni transferini təqdim etdi

“Qarabağ” yeni transferini təqdim etdi
  28 Avqust 2020    Oxunub:6993
“Qarabağ” klubu heyətinə daha bir futbolçu cəlb edib.
Azvision.az xəbər verir ki, Ağdam təmsilçisi Bolqarıstanın “Çerno More” klubunun mərkəz yarımmüdafiəçisi Patrik Andradeni transfer edib. 27 yaşlı futbolçu ilə müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, Afrika qitəsində yerləşən Kabo Verdenin vətəndaşı olan Petrik Portuqaliyada “Ribeyrao”, “Yoan”, “Moreyrense”, “Famalikao” və “Saliueyros” klublarında da oynayıb.

Xatırladaq ki, "Qarabağ" yay fasiləsində Donald Gerye, Emil Balayev, Kevin Medina, Uroş Matiçi də heyətinə cəlb edib.

Azvision.az


Teqlər: Qarabağ   Futbolçu   Klub  





Xəbər lenti