“Daewoo” traktorla toqquşdu, ölən və yaralılar var

“Daewoo” traktorla toqquşdu, ölən və yaralılar var
  28 Avqust 2020    Oxunub:2495
Füzulidə ağır yol qəzası baş verib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, avqustun 27-də saat 21 radələrində Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazisində rayon sakinləri S. Xanalıyevin idarə etdiyi “Daewoo” markalı avtomobillə C.Behbudovun idarə etdiyi “T-40” markalı traktor toqquşub.

Nəticədə S.Xanalıyevin sərnişinlərindən Cəsur Şahlarov hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər. Füzuli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti