DİN-dən 17 yaşlı qızın qaçırılması ilə bağlı açıqlama

   DİN-dən 17 yaşlı qızın qaçırılması ilə bağlı açıqlama
  28 Avqust 2020    Oxunub:3006
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Bərdədə 17 yaşlı qızın qaçırılması ilə bağlı yayılan məlumatla bağlı açıqlama verib.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, qeyd olunan faktla bağlı, cari ilin mart ayının 29-da qızın atası E. H. Bərdə Rayon Polis Şöbəsinə gələrək qızının qaçırılması barədə ərizə ilə müraciət edib: “Müraciətlə əlaqədar olaraq Bərdə RPŞ-də müvafiq araşdırmalara başlanılıb. Araşdırmalar zamanı şikayətçinin qızı ailəsinin onu sevmədiyi birinə ərə verəcəyini əsas gətirərək öz arzusu ilə Nurlan adlı şəxslə birlikdə evlənmək məqsədilə getdiyini bildirib”.

Qeyd edək ki, yayılan məlumatda qeyd olunmuşdu ki, 17 yaşlı universitetə hazırlaşan qız 2 dəfə evlənib boşanmış adam tərəfindən qaçırılıb. İddiaya görə, ailəsi nə qədər qızı geri almaq istəsə də ala bilməyib, polisə edilən müraciətlər isə araşdırılmayıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti