Reanimasiyada olan xəstələrin sayı açıqlandı

   Reanimasiyada olan xəstələrin sayı açıqlandı
  27 Avqust 2020    Oxunub:3814
Hazırda Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 1956-dır.
TƏBİB-dən Azvision.az -a verilən məlumata görə, reanimasiyada olan xəstələrin sayı 148, süni tənəffüs cihazında olan xəstələrin sayı isə 17-dir.

Qeyd edək ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 137 yeni yoluxma faktı qeydə alınıb, 83 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 35 844 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 364 nəfər müalicə olunaraq sağalıb, 524 nəfər vəfat edib, aktiv xəstə sayı 1 956 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 422, ötən müddət ərzində isə ümumilikdə 898 492 test aparılıb.

Azvision.az


Teqlər: TƏBİB   Koronavirus   Xəstə  





Xəbər lenti