Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırılacaq

Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırılacaq
  27 Avqust 2020    Oxunub:2738
Hazırda Bakı-Sumqayıt yolunda, Xırdalan dairəsi yaxınlığında yerləşən dəmiryolu körpüsü üzərində relslərin sökülməsi işləri həyata keçirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, bununla əlaqədar olaraq hər bir istiqamət üzrə hərəkət intensivlik nəzərə alınaraq hissə-hissə qismən məhdudlaşdırılır.

Təhlükəsizlik baxımından relslərin söküntüsü körpünün sırf hərəkətin məhdudlaşdırıldığı zolaqlar üzərindəki hissəsində aparılır. Körpünün tam sökülməsi işlərinə başlanılan zaman buna müvafiq olaraq da təhlükəsizlik tədbirləri görüləcək.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Azvision.az




Teqlər: AAYDA   Yol   Bak   Sumqayıt  





Xəbər lenti