Bakının bir neçə rayonunda su olmayacaq

Bakının bir neçə rayonunda su olmayacaq
  27 Avqust 2020    Oxunub:2892
Bölgələrdə yağıntılar səbəbindən Kür çayında bulanıqlıq artdığından Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb.
Bu barədə Azvision.az -a "Azərsu" ASC-dən bildirilib.

Məlumata görə, bununla əlaqədar bu gün Şirvan və Hacıqabul şəhərlərinə, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.


Azvision.az


Teqlər: Su   Bakı  





Xəbər lenti