Tovuzda evdən 15 minlik qızıl oğurlandı

Tovuzda evdən 15 minlik qızıl oğurlandı
  27 Avqust 2020    Oxunub:3131
Tovuzda evdə oğurluq hadisəsi baş verib.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 15 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən İbrahimhacılı kənd sakinləri E.Bağırov və A.Məhərrəmov saxlanılıb.

Azvision.az


Teqlər: DIN   Oğurluq  





Xəbər lenti