Xaçmazda 45 yaşlı kişi itkin düşüb

Xaçmazda 45 yaşlı kişi itkin düşüb
  27 Avqust 2020    Oxunub:1974
Xaçmaz rayon sakini, 1975-ci il təvəllüdlü Əsədullayev Məhəmməd Rufulla oğlu iyul ayının 18-i yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Bu barədə Azvision.az -a məlumat DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilib.

"M.Əsədullayevin əlamətləri belədir: Boyu 168 sm, gözlərinin rəngi şabalıdı, arıq bədən quruluşludur. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinə 023-325-53-56 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - Mətbuat Xidmətindən bildirilib.

Azvision.az





Teqlər: DİN  





Xəbər lenti