İkimərtəbəli çayxana yanaraq külə dönüb

İkimərtəbəli çayxana yanaraq külə dönüb
  27 Avqust 2020    Oxunub:2183
İmişli rayonu ərazisində yanğın hadisəsi baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, İmişli rayonununda Mərzəlik kəndində ümumi sahəsi 130 m² olan çayxana kimi fəaliyyət göstərən ikimərtəbəli binanın 2-ci mərtəbəsinin tavanı 65 m² sahədə, yaxınlıqda ümumi sahəsi 9 m² olan taxta konstruksiyalardan ibarət tikili və ümumi sahəsi 9 m² olan digər tikilinin taxta atmaları yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti