Qanunsuz ov edən daha iki nəfər cərimələndi

Qanunsuz ov edən daha iki nəfər cərimələndi
  26 Avqust 2020    Oxunub:2870
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Abşeron rayonunun Pirəkəşkül və Xızı rayonunun Xanagah kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.
Azvision.az xəbər verir ki, bunu Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib.

“Araşdırma zamanı brakonyerlərin Sumqayıt şəhər sakini Müşviq Quliyev, Bakı şəhər sakinləri Şahlar Həsənov və Elşad Əyyubov olduğu məlum olub, onlardan ov tüfəngləri və patron götürülüb. Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və hər biri 1000 manat məbləğində cərimə olunub”, o bildirib.


Azvision.az



Teqlər: Ov   Cərimə  





Xəbər lenti