Xırdalanda yanğın, 13 nəfər təxliyə edilib

Xırdalanda yanğın, 13 nəfər təxliyə edilib
  26 Avqust 2020    Oxunub:3135
Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindən 5-ci mərtəbəsinə qədər şaxta boyunca elektrik kabeli 10 p.m yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı tüstülənən mənzillərdən 13 nəfər bina sakini xilasedicilər və yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Xırdalan   Yanğın   FHN  





Xəbər lenti