Qadınları evlərində döyüb pullarını aldı

Qadınları evlərində döyüb pullarını aldı
  26 Avqust 2020    Oxunub:3239
Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə avqustun 25-də Sahil qəsəbəsi ərazisindəki evlərin birində Sumqayıt şəhər sakini olan bir qadının döyülərək 140 manat pulunun alınması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sahil qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Şəkərov saxlanılıb.

Araşdırmalarla onun avqustun 22-də yaşadığı evdə Bakı şəhər sakini olan digər bir qadını döyərək 100 manat pulunu alması da müəyyən edilib.

Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.


Azvision.az



Teqlər: DİN  





Xəbər lenti