Evdən oğurluq edən şəxslər tutuldu

Evdən oğurluq edən şəxslər tutuldu
  25 Avqust 2020    Oxunub:2949
Bakıda evdə oğurluq hadisəsi baş verib.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 21-dən 24-dək olan müddətdə Binə qəsəbəsindəki evlərin birindən 2 000 manat dəyərində televizor və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri M.Ağayev və C.Kulukayev saxlanılıblar.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti