Qanunsuz ov edənlər cərimələndi

Qanunsuz ov edənlər cərimələndi
  24 Avqust 2020    Oxunub:3024
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının birgə keçirdiyi nəzarət tədbiri zamanı İmişli rayonu ərazisindəki Sarısu Ovçuluq Təsərrüfatında qanunsuz ov edən şəxslər saxlanılıb.
Azvision.az xəbər verir ki, bunu xidmətin rəis müavini Bəhruz Məhəmmədov deyib.

“Araşdırma zamanı brakonyerlərin Sabirabad rayon sakinləri Tahir Muxtarov və Ruslan Əhmədov olduğu məlum olub, onlardan ov tüfəngləri və ovlanmış qaşqaldaq quşları götürülüb. Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və hər biri 1000 manat məbləğində cərimə olunub”,- o bildirib.

Azvision.az


Teqlər: Ovçu   Cərimə  





Xəbər lenti