Evlərdən oğurluq edənlər tutulublar

Evlərdən oğurluq edənlər tutulublar
  24 Avqust 2020    Oxunub:3540
Şirvan şəhəri ərazisində beş evdən oğurluq edən şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, şəhər ərazisində 4 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən F.Eyvazov və Q.Xəlilov Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.

Bundan başqa, Şirvan Şəhər Polis Şöbəsinə avqustun 13-də evlərin birindən 1960 manat dəyərində məişət əşyalarının oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla oğurluğun Gəncə şəhər sakini A.Səfərov tərəfindən törədilməsi müəyyən edilib.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində A.Səfərov Gəncə şəhəri ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı təhqiqat aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti