Qardaşlardan 530 kq narkotik götürüldü

Qardaşlardan 530 kq narkotik götürüldü
  24 Avqust 2020    Oxunub:3047
Salyan rayonunun Qırxçıraq kəndində külli miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qırxçıraq kənd sakinləri - əvvəllər məhkum olunmuş E.Cəlalova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 495 kiloqram çəkidə 474 ədəd çətənə kolu, 29 kiloqram 700 qram marixuana, qardaşı, əvvəllər məhkum olunmuş Əlizaminə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 92 ədəd çətənə kolu və 5 kiloqram 200 qram marixuana aşkarlanıb götürülüb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti