Çayda köməksiz qalan şəxs xilas edildi

Çayda köməksiz qalan şəxs xilas edildi
  23 Avqust 2020    Oxunub:3804
Ötən gün güclü leysan yağışları nəticəsində Balakənçaya sel gəlib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a bildirilib ki, Balakən Rayon Polis Şöbəsinə bir nəfərin çayda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

RPŞ əməkdaşları dərhal həmin əraziyə gəlib və şəhər sakini E.Qırıxovun həyati təhlükəsi olduğunu görüblər.

Polis və FHN əməkdaşlarının birgə təcili və təxirəsalınmaz tədbirləri nəticəsində həmin şəxs təhlükəsiz əraziyə çıxarılaraq, xilas edilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti