Paytaxtda kişini döyüb soydular

Paytaxtda kişini döyüb soydular
  22 Avqust 2020    Oxunub:4600
Avqustun 21-də Yasamal rayonu ərazisindəki evlərin birində iki nəfər Bakı şəhər sakini T.Maqsumovun çənə və baş nahiyəsinə küt alətlə vurub mobil telefonunu, qol saatını, gümüş qolbağını və hesabında 190 manat pul olan kartını alıblar.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Ç.Rəsulov və S.Hüseynov saxlanılıblar.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti