Aşpaz olmaq istəyənlərin nəzərinə!

Aşpaz olmaq istəyənlərin nəzərinə!
  22 Avqust 2020    Oxunub:4425
Aşpaz ixtisası üzrə ödənişsiz əsaslarla təhsil almaq istəyən şəxslər Qəbələ Dövlət Peşə Təhsil Mərkəzini seçə bilərlər.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən Azvision.az -a bildirilib ki, mərkəzdə aşpaz ixtisasını seçənlər təhsillərini ən müasir avadanlıqlarla təchiz olunan müəssisədə alacaqlar. Təcrübəni bilavasitə sahə peşəkarlarından əldə edəcəklər.

Xatırladaq ki, 2020-2021-ci tədris ili üçün peşə təhsili pilləsi üzrə tələbə qəbulu avqustun 24-dək elektron qaydada həyata keçiriləcək. Peşə təhsili müəssisələrinə qəbul üzrə müsabiqədə iştirak etmək istəyən şəxslər Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin Elektron sənəd qəbulu altsistemində (https://azvision.az/redirect.php?url=http://qebul.vet.edu.az/) ərizəni doldurmalıdır.

Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır. Hər namizədə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılıb.

Müsabiqənin nəticələri avqustun 25-də elan ediləcək və qəbul olunan namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrələrinə SMS gələcək.

Xatırladaq ki, 2020/2021-ci tədris ilində peşə təhsili üzrə qəbul üçün 18 min 260 yer ayrılıb. Ayrılan yerlərdə 11 min 40 nəfər dövlət büdcəsi hesabına, 7220 nəfər isə ödənişli əsaslarla oxuyacaq. Qəbul 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılır.

Azvision.az


Teqlər: Aşpaz  





Xəbər lenti