Bu küçədə hərəkət məhdudlaşdırılacaq

Bu küçədə hərəkət məhdudlaşdırılacaq
  21 Avqust 2020    Oxunub:2993
Bakının Nərimanov rayonu, Əliyar Əliyev küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən Fətəli xan Xoyski küçəsinədək olan hissəsində hərəkət məhdudlaşdırılacaq.
Bu barədə Azvision.az -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq. Bu müddət ərzində sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir.

Azvision.az


Teqlər: Yol   Küç   Təmir  





Xəbər lenti