Ağacları zədələyən şəxs cəzalandırılıb

Ağacları zədələyən şəxs cəzalandırılıb
  21 Avqust 2020    Oxunub:2479
Siyəzən şəhəri T.İsmayılov küçəsində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.
Azvision.az -ın məlumatına görə, xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı sözügedən ərazidə "Region M” MMC tərəfindən qazıntı işləri aparılarkən 4 ağacın qanunsuz olaraq gövdəsinin üst hissəsindən budandığı faktı aşkar edilib:

“Faktla bağlı MMC-nin məsul şəxsi Musa Musayev barəsində akt, protokol tərtib olunub və o, 1600 manat məbləğində cərimələnib. Ərazidəki ağaclara qulluq olunması və zədələnməsi hallarına yol verilməməsi üçün Cəmiyyətə məcburi göstəriş verilib".

Azvision.az



Teqlər: ETSN   Ağac  





Xəbər lenti