Keçmiş məhkum yenidən cinayət törətdi

Keçmiş məhkum yenidən cinayət törətdi
  21 Avqust 2020    Oxunub:2684
Binəqədi rayonunda oğurluqla məşğul olan şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində T.Cavadova məxsus “KİA” markalı avtomobildən sənədlər, 280 manat dəyərində üç ədəd eynək və iki ədəd yaddaş kartı oğurlamaqda şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş A.Abdullayev saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti