Cibgir qadın ələ keçdi

Cibgir qadın ələ keçdi
  21 Avqust 2020    Oxunub:2736
Oğurluq etdiyinə görə tutulan qadının digər iki analoji cinayət hadisəsini də törətməsi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı PB-nin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş S.Quliyevanın ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Ə.Həsənzadənin içərisində pul və bank kartları olan pulqabısını və S.Abuşovanın çantasından 100 manat pul oğurlaması da müəyyən edilib.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti