Keçmiş məhkumdan tapança götürülüb

Keçmiş məhkumdan tapança götürülüb
  21 Avqust 2020    Oxunub:3203
Cəlilabad sakinindən silah götürülüb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş S.İsayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan “Steyr” markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: DİN   Silah  





Xəbər lenti