Gömrükdə qaçaqmalçılığın qarşısı alındı

Gömrükdə qaçaqmalçılığın qarşısı alındı
  21 Avqust 2020    Oxunub:2086
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda üç fakt üzrə siqaret və dərman preparatlarının gömrük nəzarətindən gizlədilərək ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, Gürcüstan istiqamətindən gələn "Mercedes-Benz 1840", "Mercedes-Benz Axor" və "Volvo" markalı yük nəqliyyat vasitələri saxlanılıb.Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 3800 ədəd müxtəlif markalı siqaretlər və 176 həb müxtəlif adda dərman preparatları aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Gömrük  





Xəbər lenti