Siyəzəndə mərmiyə oxşar əşya tapılıb

Siyəzəndə mərmiyə oxşar əşya tapılıb
  21 Avqust 2020    Oxunub:2886
Avqustun 20-də saat 18:14-də Siyəzən Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Siyəzən rayonunun Qalaşıxı kəndi ərazisində köhnə su kanalının yaxınlığında mərmiyə oxşar əşyanın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Azvision.az -a bildiriblər ki, məlumatla əlaqədar Agentliyin mobil əməliyyat və kinoloji qrupları, eləcə də Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndəriliblər.

Agentliyin mütəxəssisləri və polis əməkdaşları sahəyə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis əməkdaşları tərəfindən təcrid olunub.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hərbi təyinatı olmayan metal əşya aşkarlanaraq götürülüb və Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Metal əşyanın tapıldığı yerin ətrafında 800 kvadratmetrdən çox əraziyə baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Azvision.az


Teqlər: ANAMA  





Xəbər lenti