Qadın evdən 12 minlik oğurluq etdi

Qadın evdən 12 minlik oğurluq etdi
  20 Avqust 2020    Oxunub:2689
Bakıda evdən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 18-də rayon ərazisindəki evlərin birindən 12000 manat dəyərində elektrik məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Məmmədova saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti