Şəki sakinləri 2 kq-a yaxın heroinlə saxlanıldı

Şəki sakinləri 2 kq-a yaxın heroinlə saxlanıldı
  19 Avqust 2020    Oxunub:2983
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində “Mercedes” markalı avtomobil şəhər ərazisində saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, sürücü, Şəki rayon sakini R.Yəhyayev, sərnişinləri olan qardaşı Q.Yəhyayev və həmyerlisi G.Həsənova polis əməkdaşları tərəfindən RPŞ-yə gətiriliblər.

Şəxsi axtarış zamanı G.Həsənovadan 1 kiloqram 848 qrama yaxın heroin və 67 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: DİN   Narkotikə  





Xəbər lenti