Sabirabadda karantin qaydalarına nəzarət gücləndirilib

Sabirabadda karantin qaydalarına nəzarət gücləndirilib
  19 Avqust 2020    Oxunub:2714
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ölkədə elan edilən karantin rejiminin qaydalarına rayon ərazisində riayət edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən qapalı məkanlarda karantin qaydalarının tələblərinə riayət etməyənlərə qarşı reyd keçirilib. Reydlər zamanı maska və əlcəkdən istifadə etməyən satıcılar və müştərilərlə maarifləndirici səpkidə söhbətlər aparılıb.

Onlara koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükələr barədə məlumat verilib, karantin qaydalarına riayət edilməsinin vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda qayda pozuntusuna yol vermiş 5 nəfər şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq cərimə ediliblər.

Azvision.az



Teqlər: DİN   Karantin  





Xəbər lenti