Qəbələdə yanğın, bir nəfər xəsarət alıb

Qəbələdə yanğın, bir nəfər xəsarət alıb
  19 Avqust 2020    Oxunub:2086
Qəbələ rayonunun Bum qəsəbəsində ümumi sahəsi 90 m² olan birmərtəbəli evin çardağının və aynabəndinin yanar konstruksiyaları 21 m² sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yüksək temperaturdan 2 otağının tavanı 79 m² sahədə qarsalanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Qəbələ   Yanğın   FHN  





Xəbər lenti